11 Fevral 2017 11:00
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liberal Partiya bütün hallarda gələcəyə ümidlə baxır. Bir var səngərdə özünümüdafiə tədbirləri görüb, hücuma hazırlaşasan. Bir də var uğursuz hücuma keçib, pulemyot, top atəşlərinin altına düşüb, məğlub olasan. Bizdə depressiya yoxdur, çox soyuqqanlıyıq. Ola bilsin bu siyasi təcrübə ilə bağlıdır”.

Bu fikirləri Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.

O, partiyanın lideri Lalə Şövkətin görünməməsi haqda tənqidi fikirlərə də reaksiya verib: “Mən Lalə Şövkətlə bir gün əvvəl ünsiyyətdə olmuşam. Demək olar hər gün görüşüb fikir mübadiləsi aparıram. Lalə Şövkət haqqında çox şayiələr gəzir. Bəzən suallar şayiələrə çevrilir. Onun siyasətdən, bəzən, ümumiyyətlə, Bakıdan getməsi, fəal siyasətə qayıtmayacağı haqda sözlər və fikirlər əsla doğru deyil. Lalə Şövkət iyirmidən çox islahat proqramı hazırlayıb. Şəxsən özü hazırlayıb, ancaq təbii ki, partiya üzvlərinin iştirakı da olub”.

Cavad


Müəllif:

Oxşar xəbərlər