11 Fevral 2017 13:13
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə-Rusiya münasibətlərində baş verənləri izah etmək çətindir. Çünki vəziyyət tam aydın deyil. Obama Administrasiyası dövründə türk-rus siyasətində yaxınlaşma baş verdi. Bunun da səbəbi Suriya məsələsi, Türkiyədə 15 iyulda dövlət çevrilişinə cəhd oldu. Həmin zaman Ankara Obama hakimiyyətindən Fətullah Gülənin Türkiyəyə vermədiyi üçün küsdü. Prezident Obama da ABŞ qanunlarını pozmadı. Çünki bilir ki, məhkəməyə Gülənin təhvil verilməli olduğunu desə də, məhkəmə sistemi sonda qanunları əsas götürəcək. Bu zaman qanunlar imkan verəcəksə, Gülən təhvil veriləcək, qanun əsas yaratmasa, təhvil verməyəcək. Türkiyə Güləni əldə etmək üçün 15 iyun çevrilişində Gülənin iştirakını sübut etməli idi. Əgər bunu etməsə, demokratik ölkələrin məhkəməsi vətəndaşı düşməninin əlinə verməyəcək. Bu məqamlar Ərdoğan-Obama arasında ciddi soyuqluq yaratdı”.

Bunu tanınmış təhlilçi Elçin Şıxlı deyib. Onun fikrincə, Donald Tramp hakimiyyətə gəldikdən sonra vəziyyət bir qədər dəyişib: “Qeyri-rəsmi məlumatlara görə, Ərdoğanla Tramp arasında baş tutan telefon danışıqlarında ABŞ prezidenti Güləni Ankaraya verə biləcəklərini qeyd edib. Daha sonra Suriyada Türkiyənin bufer zona yaradılmasına Tramp etiraz etməyib. Bundan dərhal sonra guya təsadüfən Ruslar Əl-Babda türk əsgərlərinin mövqelərini bomba atəşinə tutublar. Nəticədə 3 əsgər ölüb, 11 əsgər yaralanıb. Bir şeyi dəqiq deyə bilərəm ki, dövlətlər arasında əbədi dostluq yox, maraqlar var. Bu maraqlara uyğun olaraq gələcək münasibətlər formalaşdırılacaq. Mən düşünürəm ki, Türkiyə-Rusiya arasında əbədi dostluq haqda danışmaq çətin məsələdir. Maraqlara uyğun hərəkət ediləcək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər