"Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlıq məsələləri müzakirə edildi".
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə birgə Bakıda keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, ikitərəfli görüş zamanı Azərbaycan və Gürcüstan arasında enerji, iqtisadiyyat, nəqliyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb: "Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin bu il istifadəyə verilməsi gözlənilir. Bu layihə həm Azərbaycanın, həm də Gürcüstan iqtisadiyyatının inkişafına təkan verəcək".
Nazir əlavə edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşünün bu ilin altı ayı ərizndə keçirilməsi planlaşdırılır: "Gürcüstanlı həmkarımla regionda olan münaqişələri də müzakirə etdik. Beynəlxalq birlik və təşkilatlarda Azərbaycan Gürcüstanın, Gürcüstan isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".
Nərgiz