“Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi haqqında son fikirləri ədalətsizdir”.
Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, xüsusilə onun “Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi” ilə bağlı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Onun sözlərinə görə, belə fikirlərin Minsk qrupunun həmsədri olan dövlətin rəhbəri tərəfindən səsləndirilməsi təəssüf doğurur:
“Yəqin ki, Olland bu fikirləri deməklə qarşıdakı seçkilərdə öz partiyası üçün ermənilərin dəstəyini qazanmaq istəyir. Çünki Fransada erməni diasporu güclüdür. Bu fikirlər də ermənilərin dəstəyini qazanmağa yönəlib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsipləri mövcuddur və burada ərazi bütövlüyü əsas məsələdir”.
Səxavət