"Azərbaycan ordusu aprel ayında Dağlıq Qarabağa hücum edəcək" deyən erməni eskeprtləri qabaqdangəlmişlik edərək dolayısıyla Rusiyaya mesaj göndərirlər ki, Azərbaycanın qarşısını alın".
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu erməni ekspertlərin qaldırdıqları hay-küyü öz feysbuk hesabında şərh edərkən yazıb.
Politoloq aprel ayında hansısa toqquşmaların olacağını istisna etməsə də, bunun təkcə aprel ayında başa verə biləcəyini anlamsız adlandırıb:
“Aprel ayında lokal toqquşmaların artacağını mən də istisna etmirəm. Ancaq bu, may, iyun, iyul, avqust və digər aylarda da ola bilər. Ümumiyyətlə, atəşkəsin müddəti təxminən iki il bundan əvvəl bitib. Bu müddətdə lokal döyüşlərin sayı-hesabı yoxdur, düşmənin Dağlıq Qarabağdan kənara çıxan helikopteri də vurulur, hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir. Əgər itki vermək istəmirlərsə, gərək Dağlıq Qarabağ ətrafındakı postlarını tərk edib Xankəndi ətrafına çəkilələr. Ancaq bunun baş verməsi işğalçıların Dağlıq Qarabağ ətrafını boşaltması demək olacaq ki, bunu da "qururlarına" sığışdırmırlar. Bunun əksi də Ermənistana yaxşı heç nə vəd etmir, bu, daimi itkilər deməkdir”.