15 Fevral 2017 20:12
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri general Maykl Flinn istefa verib. Fəaliyyətə başlamasının bir ayı tamam olmayan Flinnın istefa verməsinə səbəb Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışığı olub. İddialara görə, Flinn hələ vəzifəsinin icrasına başlamazdan əvvəl, 35 rusiyalı diplomatın ABŞ-dan deportasiyası qərarı verilən zaman səfirlə telefonla danışıb və səfirə bildirib ki, Tramp vəzifəsinin icrasına başladıqdan sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. Bu telefon danışığı ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən dinlənilib və yeni müşavirə qarşı ciddi kompromata çevrilib.

Maykl Flinn əvvəlcə bu iddiaları təkzib etsə də, sonradan belə danışığının ola biləcəyini etiraf edib. Və ardınca istefa verdiyini açıqlayıb. Maykl Flinn istefa məktubunda qeyd edib ki, fərqində olmadan telefon danışığındakı detallarla bağlı vitse-prezidenti və digərlərini əskik məlumatlandırıb.
Maykl Flinn istefası hazırda ciddi müzakirələrə səbəb olub. Bir çoxları isə hesab edir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu hazırda Trampın komandasına daxil olan şəxsləri izləyir.

Yaranan durumu Teleqraf.com-a şərh edən politoloq Cümşüd Nuriyev hesab edir ki, əslində baş verənləri Amerika dərin dövlətinin prezident Trampa təzyiqi formatında qiymətləndirmək lazımdır. Onun fikrincə, əgər bir ölkənin kəşfiyyat orqanları prezidentin müşavirlərini gizli dinləyir və sonrada bunu bəyan edirsə, deməli dövlətdə nəsə qaynayır: “Uzun müddətdir ki, ABŞ-ı dərin dövlət idarə edir. Trampın prezident olması da ABŞ dərin dövlət sahiblərinin iqtisadi maraqlarına uyğun gəlmir. Odur ki, onlar Trampın impincmenti üçün indidən əsaslar hazırlayır”.

Mütəxəssis deyir ki, əslində milli təhlükəsizlik üzrə müşavir Maykl Flinn prezident Trampı sığortalamaq məqsədilə istefaya gedib: “Həm də iş ondadır ki, Flinnin Rusiya səfiri ilə danışıqları dövlətin adından aparılmayıb. Çünki həmin vaxt Flinn müşavir vəzifəsini tutmurdu. Bu danışıq şəxsi müstəvidə olan söhbət idi.

İkincisi də, Flinn Rusiya səfirinə deməli idi ki, biz Rusiya ilə qarşıdurmaya gedəcəyik? ABŞ-da dövlət artıq daxili parçalanma halına gəlir. Dövlətin hüquq mühafizə orqanları ilə siyasi iqtidarı arasında çox güclü qarşıdurma var. Flinn öncədən anladı ki, onunla bağlı bu durum sonda prezident Trampa hücumlar üçün əsas olacaq. Odur ki, dərhal istefaya getdi. İndi bu prosesin arxasında nələrin olacağı görünür. Bu o deməkdir ki, Trampın bundan sonar atacağı addımlar kəşfiyyat orqanlarının nəzarəti altında olacaq. Amma dövlət başçısı atdığı addımlara görə, hansısa dövlət qurumları tərəfindən şantaj edilirsə, deməli orada dövlətin idarəçiliyində qüsurlar var. Əgər vəziyyət bu şəkildə davam edəcəksə, məncə ABŞ tarixində ikinci prezident Tramp olacaq ki, müddətini başa çatdırmamış istefa vermək məcburiyyətində qalacaq. Daha doğrusu onu istefaya göndərəcəklər”.

Cümşüd Nuriyev hesab edir ki, ABŞ dərin dövləti bu mübarizədə prezident Trampa qalib gələcək: “Hazırda ABŞ başqalarını ittiham etsə də, dövlətdə oliqarxiya üstünlük təşkil edir. Yəni oliqarxların hakimiyyətidir. Tramp hakimiyyətə gətirdiyi şəxslərin çoxu keçmiş biznesmenlərdir. Dövlət katibi də bura daxil olmaqla. Oliqarxiya ilə Rokfellerlərin maraqları uyğun gəlmir. ABŞ-da dərin dövlətin başında birmənalı o durur. Bunların Masson təşkilatı yəhudilərin idarəsindədir. Tramp da yəhudilərdən uzaq adamdır. Yəhudilər də çalışacaq ki, Trampı yıxsın. Onlar artıq açıq formada Trampa qarşı mübarizəyə keçiblər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər