16 Fevral 2017 15:12
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Baş Qərargah rəisi general Cozef Danfordla Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda keçirilən görüşünə Azərbaycan pozitiv yanaşır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputatın fikrincə, görüş yerinin Bakıda seçilməsinin əsas səbəbi Azərbaycanın heç bir hərbi bloka daxil olmaması ilə bağlıdır: “Azərbaycanın siyasəti bilavasitə məhz tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir. Azərbaycanla ABŞ arasında geniş əməkdaşlıq və tərəfdaşlıq var. Eyni əməkdaşlıq Rusiya ilə də mövcuddur. Mənə elə gəlir ki, Bakıda belə bir görüşün keçirilməsi Azərbaycanın maraqlarına uyğundur və biz ümidvarıq ki, belə görüşlər bölgədə gərginliyin səngiməyinə xidmət edəcək. Biz istəyirik ki, Amerika və rus hərbçilərinin görüşünün nəticəsində gərginlik səngisin və terrorla mübarizədə bütün dünya ölkələrinin normal əməkdaşlığı olsun. Bir sözlə, ABŞ və Rusiya Baş Qərargah rəisləri Cozef Danford və Valeriy Gerasimovun görüşünün Bakıda keçirilməsi Azərbaycanın siyasəti, maraqları və ölkəmizin tərəfdaşlıq siyasəti aparması ilə əlaqədardır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər