Azərbaycan Kikboksinq Federasiyası və "Layf" xeyriyyə ictimai birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən qanvermə aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, aksiya bu gün saat 10:00-dan 16:30-a kimi federasiyasının mərkəzi ofisində davam edəcək.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev qan vermək istəyənləri "Qan ver, xilas et" şüarı ilə aksiyaya qoşulmağa dəvət edib.
Kəmalə