18 Fevral 2017 21:37
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvanın Donald Trampa inamı getdikcə azalır. Bunun nəticəsidir ki, Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk separatçılarının bölgədə yaşayan vətəndaşlara verdikləri “pasportları” tanıyan fərman imzalayıb”.

Teleqraf.com-un xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu Rusiyanın Ukraynanın şərqindəki separatçı rejimlər tərəfindən verilən sənədləri tanımasını şərh edərkən bildirib.

Politoloqun fikrincə, bu o deməkdir ki, həmin “pasportlarla” bölgədə yaşayan insanlar Rusiyaya sərbəst daxil olacaqlar, yaşayış və iş yerlərində qeydiyyata alınacaqlar, yəni bütün sənədləri tanınacaq: “Böyük ehtimalla Moskvanın sonrakı addımı “Luqansk və Donetskin Respublikalarının” tanıması olacaq. Başqa sözlə, Kreml Abxaziya və Cənubi Osetiya ssenarisini Ukraynada təkrarlayacaq. Moskva növbəti addım kimi isə “Luqansk və Donetsk Respublikaları” ilə hərbi əməkdaşlıq sazişi imzalayacaq və orada hərbi birliklərini yerləşdirəcək”.

Nihad


Müəllif: