21 Fevral 2017 19:10
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Belçika xalqını, həmin ölkənin baş nazirinin müavini, xarici işlər naziri Didye Reynders isə Azərbaycan xalqını təbrik edib.

E.Məmmədyarov iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri və səmərəli siyasi dialoqun mövcudluğunu vurğulayaraq, bu ilin fevralın 6-da Belçika Krallığına yüksək səviyyəli səfəri çərçivəsində Prezident İlham Əliyev və kral Filip arasında keçirilmiş görüşün buna bariz nümunə olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensialın mövcud olduğunu qeyd edib. O həmçinin son illərdə Azərbaycanda Belçika mədəniyyətinin, Belçikada isə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilmiş çoxsaylı tədbirlərin iki xalqın daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb.
Belçika baş nazirinin müavini, xarici işlər naziri Didye Reynders Azərbaycanın keçmiş sovet respublikaları içərisində Belçika ilə diplomatik münasibətlər quran ilk ölkə olduğunu qeyd edərək, ötən 25 il ərzində iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Sözügedən müddət ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlər səviyyəndə mütəmadi görüşlərin Azərbaycan və Belçika arasında siyasi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər