24 Fevral 2017 12:27
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab beynəlxalq məhkəmədə ciddi sənəd kimi qəbul olunacaq.

Bunu İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımın 25-ci ildönümünə həsr edilimiş "Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının əzabları hər gün hiss olunur, bu, hər birimizin dərdidir: "Beynəlxalq məhkəmə qurulanda “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab Xocalı haqqında həqiqətləri təqdim edən ən ciddi sənəd rolunu oynayacaq. Araşdırmalar zamanı müəyyən edilib ki, soyqırım zamanı Azərbaycana milyardla ziyan vurulub".

Elmira Süleymanova deyib ki, Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının öldüyü deyilir: "Mən bu rəqəmlərə inanmıram. İtkilərimiz daha çox olub. Biz bu rəqəmlərə yenidən qayıtmalıyıq. Çünki o vaxt bu işin qeydiyyatını aparmaq üçün elə də geniş imkan olmayıb".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər