25 Fevral 2017 13:31
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənilərin törətdiyi cinayətlər təkcə Azərbaycana yox, bütün türklərə qarşı yönəlib”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Xocalı soyqırımı: Səbəbləri, nəticələri, beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə – soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, hazırda ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib. 1 milyondan artıq qaçqın və məcburi köçkün var: “Ermənilər bizi zəiflətməyə çalışıblar. Xocalı faciəsini törədənlər bunu ört-bastır etməyə cəhd göstərirlər. Onlar bunu utanmazcasına edirlər. Ermənilərin törədikləri qətliamın şahidləri hələ var və onlar aramızdadır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət bu faciəni görməzdən gəlməyə çalışır. Xocalı soyqırımı dünyanın gözü qarşısında törədilmiş cinayətdir”.


Müəllif:

Oxşar xəbərlər