1 Mart 2017 18:10
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə bölgəsində ötən gecə vəziyyət nisbətən sakit keçib.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələri əraziyə nəzarət edir: "Düşmən mövqeləri müşahidə edilir. Əhali öz evindədir, normal həyat tərzi davam edir".

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov isə bildirib ki, hazırda rayonun düşmənlə təmas xəttində yerləşən ərazisində vəziyyət normaldır: "Hazırda sakitlikdir, Azərbaycan Ordusu düşmən mövqelərini nəzarətdə saxlayır".

Tərtər rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, hazırda rayonun təmas xəttində sakitlikdir: "Həyat öz axarı ilə davam edir, əhali gündəlik işi ilə məşğuldur".

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, rayonun cəbhə xəttində yerləşən hissəsi Cocuq Mərcanlı kəndinin ərazisinə düşür.

İcra başçısı bildirib ki, hazırda kənddə tam sakitçilikdir, kəndin bərpası işləri davam etdirilir, tikinti işləri aparılır.

Azərbaycan Müdafiə Nazirliyinin 25 fevralda yaydığı məlumatda bildirilirdi ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var. İrəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları hər gün davam edir.


Müəllif:

Oxşar xəbərlər