“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycana və regiona sabitlik və rifah gətirəcək”.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ Azərbaycanla əlaqələrə böyük önəm verir.