Oxşar xəbərlər
Rusiyada məhkəmə Ukraynanın Daxili İşlər naziri Arsen Avakov haqqında həbs qərarı verib.
Məhkəmənin qərarına görə, Avakov Ukraynanın şərqində separatçı qüvvələrə qarşı qadağan olunmuş silahlardan istifadə edib.
Xatırladaq ki, daha öncə Moskva məhkəməsi Ukraynanın Dnepropetrovsk bölgəsinin valisi İqor Kolomoyski haqqında da həbs qərarı vermişdi.
Mətbuata açıqlama verən Rusiya İstintaq Komissiyasının sədri Vladimir Markin hər iki dövlət məmurunun adının beynəlxalq axtarışa verilənlərin siyahısında olduğunu bildirib.
/axar.az/