3 Mart 2017 10:33
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Məclisin yaz sessiyası kifayət qədər məhsuldar olacaq. Sessiyanın iş planına daxil olan məsələlər bunu deməyə tam əsas verir. Parlamentin yaz sessiyasının qanunvericilik işləri planına mühüm qanun layihələri daxil edilib. 2017-ci ilin yaz sessiyasında Elm və təhsil komitəsində “İlk peşə-ixtisas təhsili haqqında” yeni qanun layihəsi hazırlanacaq. Artıq noyabr ayından bu istiqamətdə fəaliyyətə başlanılıb. İndiyədək ilk peşə-ixtisas təsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib. “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırda ikinci oxunuşda müzakirədədir. Komitəmizin iclasinda Azərbaycanda ali təhsil haqqında qanun layihəsinin hazırlanması da təklif edilib. Komitə bu yöndə işə başlayıb, işçi qrupu formalaşıb, dünya təcrübəsi öyrənilir. Uyğun sənədlər, əsasnamələr, qüvvədə olan sənədlər əldə olunub, təhlildən keçirilir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat əlavə edib ki, yeni hazırlanan qanun layihəsində peşə məktəblərinin funksiyası, təsis olunma qaydaları, iş prinsipləri, fəaliyyətinin müxtəlif aspektləri öz əksini tapacaq: “Prezident İlham Əliyevin imzaladığı “Strateji Yol Xəritəsi”ndə peşə ixtisası təhsili ilə prioritet istiqamətlərin prinsiplərini, irəli çıxardığı müddəaları dərindən öyrənirik. Ölkə reallığı ilə dünya təcrübəsini uzlaşdıraraq, belə qanunun üzərində çalışırıq. İnanıram ki, yaz sessiyasının sonuna qədər qanun layihəsi üzərində ilkin işi tamamlaya biləcəyik”.

Pərvin Kərimzadə qeyd edib ki, peşə məktəbini bitirən gənclərin islə təmin olunması aktual problem olaraq qalır: “Əslində peşə məktəbini bitirən gənclərin islə təmin olunması tək Təhsil Nazirliyi və digər aidiyyəti qurumların üzərinə düsməməlidir. Bu işdə məsuliyyət həm də digər müəssisə və təskilatların üzərinə düşür. Müəssisələr peşə məktəblərinə hər hansı bir sahə ilə bağlı sifariş verməlidir. Bu sifarislər əsasında gənclər peşə məktəbini bitirdikdən sonra işlə təmin oluna bilər. Bunun özü böyük bir dəstəkdir. Peşə məktəblərinə marağın artırılması vacibdir. Bu istiqamətdə atılan ilk uğurlu addım 2016-2017-ci tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulunun “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilməsi olub. Bu layihə çərçivəsində dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Gəncə şəhərində 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 4287 gənc qəbul oldu. Bu, peşə təhsilinin tarixində ən şəffaf qəbul kimi tarixə düşüb”.

Cavad


Müəllif:

Oxşar xəbərlər