"Bu gün gənclərimiz ön cəbhədə həyatını fəda edirsə, tələbələrimiz də arzularımızın reallaşması işinə xidmət edirlər".
Teleqraf.com xəbər verir ki bunu Milli Məclis sədrinin müavini, deputat Bahar Muradova Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupları tələbələrinin hazırladığı "Ağdam nümunəsində Qarabağın davamlı inkişafı" adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu layihə bütün dünyaya bir mesajdır ki, Azərbaycan gənci yalnız qurmaq, tikmək, abadlaşdırmaq barədə düşünür: “Azərbaycana xidmət etməyin Heydər Əliyev nümunəsi, Azərbaycanın inkişaf etdirilməsi, dünyada tanıdılmasının İlham Əliyev nümunəsi var. Bu yaxınlarda Cocuq Mərcanlıda oldum, o sakinlərinin simasında dəyanət, sədaqət gördüm”.
İlhamə