Azərbaycanın İtaliyadakı səfiri Kataniya şəhərinin televiziya kanalına müsahibə verib.
Teleqraf.com xəbər verir ki, Kataniya şəhərində səfərdə olan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə yerli “Globus Television” televiziya kanalının “Üz-üzə” verilişinin qonağı olub. Jurnalist Antonella Qulyelminonun aparıcılıq etdiyi verilişdə M.Əhmədzadə Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin reallıqları, Azərbaycanın inkişaf strategiyası, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar barədə sualları cavablandırıb. Diplomat həmçinin Azərbaycan-İtaliya əməkdaşlığı və Siciliya regionu ilə iqtisadi-mədəni əlaqələrin inkişafı imkanlarından da geniş bəhs edib.