10 İyul 2014 12:43
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Rəhbərliyi (İKRR) kürd dövləti qurmaq məqsədi ilə mərkəzi Bağdad idarəçiliyindən çıxmaq qərarı verib.

İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı İraqda daha da irəlilədiyindən və Şimali İraqda müstəqil kürd dövlətinin yaradılması üçün referendum qərarı verildiyindən rəsmi Bağdad İKRR ilə əlaqələri kəsib. İraq baş naziri Nuri Əl-Maliki Ərbili “terror mərkəzi” adlandırıb, bu səbəbdən İKRR kürd nazir, millət vəkili və diplomatlarına Bağdadı tərk etmək əmri verib.

Kürdüstan Demokratiya Partiyası (KDP) funksioneri Bağdadı tərk etmək və bu şəhərə qayıtmamaq qərarı kürd rəhbərliyinin verdiyini açıqlayıb. Həmçinin bu qərara görə bölgənin ikinci ən böyük partiyası KYB və digər qruplaşmalara xəbərdarlıq ediləcəyini bildirib.

/publika.az/


Müəllif: