Bir müddət əvvəl təsis edilən 125-lər Klubu özünə qərargah tutub. Əldə etdiyimiz məlumata görə, Klub Ümid Partiyasının qərargahında yerləşir. Daha doğrusu, qərargahın arxasında olan iki otaqlı mənzildə.
Bu mənzilin də partiya rəhbərliyinə məxsus olduğu deyilir.
Ancaq maraqlıdır ki, partiya rəhbərliyi 125-lər Klubunun onların qərargahında yerləşməsini təkzib edir.
Bu arada o da bəlli olub ki, adı 125-lər Klubu adlanan və məqsədi 2015-ci ildə parlament seçkilərində iştirak etmək olan bu qurumun heç 125 nəfər üzvü belə yoxdur.