6 Mart 2017 11:57
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald Azərbaycanda səfərdədir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, S.Makdonaldın
səfəri Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Səfər zamanı nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Azərbaycan XİN-də görüşlər keçirəcək.

Bundan əlavə, S.Makdonald Heydər Əliyev Mərkəzini ziyarət edəcək və "ADA" Universitetində tələbələr üçün mühazirə oxuyacaq. Mühazirə zamanı o, "Brexit" və Böyük Britaniya üçün bu addımın nəticələri barədə məlumat verəcək.


Müəllif:

Oxşar xəbərlər