"Rusiya Bakı və Yerevanla ikitərəfli münasibətlər çərçivəsində bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin tərəfləri üçün məqbul qərarların tapılmasında köməklik edəcək".
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra Moskvada keçirdiyi mətbuat konfrasında deyib.
O bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işlənilmiş prinsipial yanaşmalar məcrasında bütün addımları atır.
Rusiya XİN rəhbəri danışıqların səviyyəsindən razı qaldığını bildirib: "Biz prezidentlərimizin tapşırıqlarının yerinə yetirilməsi üzərində işləməyə davam edəcəyik".
Öz növbəsində, Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər lazımdır. Məmmədyarovun sözlərinə görə, substantiv danışıqlar təmas xəttində gərginlik nəticəsində həlak olmuş hərbi qulluqçuların həyatını xilas etməyə kömək edə bilər.
O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.
Samir