7 Mart 2017 16:07
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Maqamed Salamoviç Umaxanovla görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində ikitərəfli əlaqələrin səviyyəsindən və əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib.

E.Məmmədyarov ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi qeyd edib və bu xüsusda qanunverici orqanların fəaliyyətini təqdir edib.

İlyas Maqamed Salamoviç Umaxanov təmsil etdiyi qurum adından E.Məmmədyarova Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə “Federasiya Şurası. 20 il” medalını təqdim edib.

E.Məmmədyarov medala görə Federasiya Şurasına təşəkkürünü bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər