7 Mart 2017 16:25
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir. Həm iqtisadi, həm siyasi, həm də beynəlxalq əməkdaşlıq müstəvisində böyük irəliləyişlər var. Keçən il iki dövlət arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb, İran Azərbaycana dərman və avtomobil istehsalının təşkili üçün investisiya yatırmağa başlayıb. Eyni zamanda Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadıb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Azərbaycan-İran müştərək hökumətlərarası komissiyanın aktiv fəaliyyəti mühüm nəticələr əldə etməyə səbəb olub. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsləri ilə yaradılan Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı səmərəli şəkildə region ölkələri üçün öz nəticələrini verməkdədir: “Budəfəki səfər zamanı prezidentlər yeni bir üçtərəfli əməkdaşlır formatının – Azərbaycan-İran-Gürcüstan formatının yaradılmasını müzakirə ediblər. Şimal-Cənub nəqliyyat dəhlizinin tam işə düşməsi üçün Astara-Rəşt dəmiryolunun tikintisində Azərbaycanın da iştirakı ölkəmizin tezliklə bu dəhlizin tam fəaliyyətinə verəcəyi mühüm töhfə olacaq. Xəzər dənizində əməkdaşlığın davam etdirilməsi, regional təhlükəsizlik məsələlərində Azərbaycan-İran münasibətlərinin uzlaşdırılması mühüm hadisədir və Azərbaycan Prezidentinin bütün bu məsələləri İran tərəfi ilə qarşılıqlı əməkdaşlıq şəraitində müzakirəsi bu səfərin əsas məqsədlərində biri idi və fikrimizcə, görüş yüksək məhsuldarlığı ilə yadda qaldı”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər