Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə namizədliyi təsdiq edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə BMT Xəbərlər Mərkəzi məlumat yayıb.
YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs qurumun baş direktoru vəzifəsinə doqquz namizədin adlarını rəsmən elan edərkən bildirib ki, namizədlər siyahısında Polad Bülbüloğlu ilə bərabər Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələri yer alıb.
YUNESKO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. İcraiyyə Şurasının 2017-ci il aprelin 26-27-də keçiriləcək 201-ci sessiyası çərçivəsində doqquz namizədlə müsahibə aparılacaq. Oktyabr ayında şuranın 202-ci sessiyasında gizli səsvermə keçiriləcək. Son qərar 2017-ci ilin noyabrında YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.
Səxavət