19 Mart 2017 16:41
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzasında həlak olanlardan biri də Sumqayıt Dövlət Universitetinin tələbəsi Rəşad Canıyev idi. Rəşad ailədə iki bacının bir qardaşı idi, atası da ötən ilin aprelində vəfat edibmiş. Rəşadın ailəsinin telefon nömrəsini tapdım, onlara zəng edib, özümü təqdim etdim. Anası və bacısı ilə danışdım. Oğullarına görə başsağlığı verdim, bayramlarını təbrik etdim”.

Teleqraf.com-un məlumatına görə, bu barədə sosial şəbəkədəki hesabında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, bayram günündə onları yada salmağı özünə borc bilib: “Bakıda olmadıqlarını, şəhərə qırx mərasimindən sonra qayıdacaqlarını dedilər. Razılaşdıq ki, həmin zaman bir qrup deputatla onlara gələcəyik”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər