19 Mart 2017 16:56
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 27-də Brüsseldə Avropa Parlamentinin binasında İstanbul Konvensiyasına dair “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasına Avropa İttifaqının qoşulması” mövzusunda dinləmələr keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Dinləmələrdə Milli Məclisin deputatı, AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, zorakılıqdan azad qadınlar parlament şəbəkəsinin siyasi koordinatoru Sahibə Qafarova iştirak edəcək. Deputat müzakirə olunacaq mövzu ilə bağlı çıxış edəcək, fikirlərini bildirəcək. Səfər martın 28-də başa çatacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər