Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır.
Bu barədə Teleqraf.com XİN-in "Twitter" səhifəsinə istinadən məlumat verir.
Qeyd olunur ki, terrordan əziyyət çəkən dövlət olaraq, Azərbaycan Londonda törədilmiş terror aktını kəskin şəkildə qınayır:
"Bu terror aktının qurbanlarının ailələrinə başsağlığımızı və dualarımızı çatdırırıq. Xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik".
Qeyd edək ki, Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.