11 İyul 2014 13:34
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə Rusiya, nə Amerika bu gün Qarabağ münaqişəsi ilə məşğul olmaq üçün potensiala malik deyil”.

Bu sözləri erməni mətbuatına açıqlamasında Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Skakov deyib.

O, iddiaların əksinə olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında ciddi fikir ayrılıqlarının olduğunu hesab etmir. Rusiyalı ekspert status-kvo saxlanılmasının təhlükəli olduğunu, eyni zamanda nə Rusiya, nə də ABŞ Qarabağ münaqişəsi ilə məşğul olmaq vəziyyətində olmadığını bildirib.

“Amerikalılar regionda təsir linglərini saxlamaq istəyirlər. Nəticədə regional proseslərə cəlb olunmaq üçün yüksək aktivlik nümayiş etdirir. Həmsədr Ceyms Uorlikin bəyanatı heç nəyi bildirmir. İnandırıcı deyil ki, ABŞ nizamlanma prosesinə yardım etməyi bacaracaq. Çünki, onlar üçün münaqişənin nizamlanması ssenarisi qeyri-müəyyəndir. Onlar bilmirlər ki, nə etmək olar. ABŞ üçün həll ediləsi bir çox başqa problemlər var. Qarabağ ABŞ üçün ikinci dərəcəli məsələdir”, - A.Skakov deyib.

Onun sözlərinə görə, Rusiya da münaqişənin nizamlanmasına cəhd etmir: “Çünki, bu mərhələdə Rusiyanın da özünün geosiyasi problemləri var”.

Rusiyalı ekspert əmindir ki, indiki mərhələdə hərbi əməliyyatlar yenilənməyəcək: “Ötən ilin sentyabrında Moskva Ermənistanın əlavə təhlükəsizliyi üçün söz verdi. Bakıda da bilirlər ki, hazırda müharibənin yenilənməsi ehtimalı yoxdur. Çünki, Ermənistan Avrasiya inteqrasiya layihələrinə qoşulmaq yolundadır. Əgər Qazaxıstan Ermənistanın Avrasiyaya inteqrasiyası prosesinə maneə ola bilərsə, o halda Azərbaycanın əlləri azad olur və vəziyyət dəyişir. Amma indi müharibənin yenilənməsi üçün heç bir təhlükə yoxdur”.

A.Skakov Ermənistanın Avrasiya İttifaqına girişi Azərbaycanın təzyiqinə görə ləngiyir. Onun sözlərinə görə, Azərbaycan Qazaxıstanla sıx münasibətlərə malik olduğundan Astananın köməyi ilə prosesə maneə olur.

“Amma əminəm ki, bütün bunlar qeyri-ciddidir. Çünki, Avrasiya məkanında statusunun mübahisəli olduğu başqa ərazilər də var”.

/publika.az/


Müəllif: