29 Mart 2017 16:49
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov Rusiya səfəri zamanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ilə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, görüşdə Azərbaycan parlamenti ilə Dövlət Duması arasında əlaqələrin ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri zəminində sürətlə inkişaf etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu ilin sentyabrında Azərbaycana səfəri ilə bağlı məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, səfər zamanı Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ilə dəgörüşüb.

Vyaçeslav Makarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini böyük məmnuniyyətlə xatırlayaraq iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə qalxmasında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin şəxsi dostluq münasibətlərinin rolunu xüsusi vurğulayıb. Qanunvericilik Məclisinin rəhbəri Sankt-Peterburqda 300 mindən çox azərbaycanlının yaşadığını və müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkəmizin rəhbərliyinə təşəkkürünü bildirib.
Oqtay Əsədov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə Vyaçeslav Makarovu təbrik edib. O bildirib ki, Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600 müəssisə, Cənubi Qafqazda ən çoxsaylı rus diasporu fəaliyyət göstərir. Ölkəmizdə rus dilində dövrü mətbuat çap olunur, 340-dan çox orta məktəbdə təhsil rus dilində aparılır. Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə iqtisadi sahədə sıx əməkdaşlıq edir, 20 regionla, o cümlədən Sankt-Peterburqla ikitərəfli sazişlər imzalanıb. Qarşılıqlı surətdə faydalı əməkdaşlığı davam etdirmək üçün möhkəm qanunvericilik bazası yaradılıb. Oqtay Əsədov Vyaçeslav Makarovu Azərbaycana səfərə dəvət edib.

Cavad


Müəllif:

Oxşar xəbərlər