Oxşar xəbərlər
ABŞ dövlət katibi Con Kerri gözlənilmədən Əfqanıstana səfər edib.
Dövlət katibinin paytaxt Kabildə Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşü gözlənilir.
Həmid Kərzai ilə görüşdən sonra Con Kerri Əfqanıstanda bir müddət əvvəl keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürmüş Abdulla Abdulla və Əşrəf Qəni Əhmədza ilə də görüşəcək.
Dövlət katibi səfəri ərəfəsində bəyan edib ki, prezident seçkilərindən sonra Əfqanıstanda vəziyyət gərgin olaraq qalmaqdadır.
Əfqanıstan səfərindən sonra Kerri İranın nüvə probleminin nizamlanması üzrə küçiriləcək danışıqlarda iştirak etmək üçün Vyanaya gedəcək.
/ans press/