5 Aprel 2017 17:50
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katorini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. Nazir T.Katorini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib.

Səfir T.Katori iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi, mədəni, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

E.Məmmədyarov Yaponiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin təqdir edildiyini deyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər