6 Aprel 2017 14:07
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 7-də Albaniyanın paytaxtı Tirana şəhərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) da tamhüquqlu üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of Conservatives and Reformists in Europe (ACRE) Şurasının növbəti toplantısı keçiriləcək.

Toplantı öz işinə ACRE Şurasının görüşü ilə başlayacaq. Daha sonra qurumun prezidenti Yan Zahradil məruzə ilə çıxış edəcək və ACRE-nin maliyyə hesabatı açıqlanacaq. İclasda Alyansa yeni üzvlərin qəbulu da nəzərdə tulub. Alyansın nizamnaməsinə əsasən, Şimali Kipr Milli Birlik Partiyasının, Albaniya Respublika Partiyasının, Belarus Xalq Cəbhəsi Partiyasının ACRE-nin tamhüquqlu üzvlüyünə qəbulu gözlənilir.

Şuranın toplantısından sonra “Kommunizmin mirası” mövzusunda konfrans keçiriləcək.

Xatırladaq ki, BAXCP 2015-ci ildən ACRE-nin tamhüquqlu üzvüdür. Partiyanı Tiranada keçirilən toplantıda baş katib Yaşar Kələntərli və beynəlxalq şöbənin müdiri Aydın Məmmədov təmsil edəcək.

Cavad


Müəllif:

Oxşar xəbərlər