7 Aprel 2017 12:18
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisiniclasda ilk çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı narahatlığını ifadə edib.

Teleqraf.com-un xəbərinə görə, S.Novruzov deyib ki, bu məsələ son günlər Azərbaycan xalqını da ciddi narahat edir: “Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv olunması ilə hansısa qüvvələr Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır. Bizim dövlətlərimiz hər zaman bir-biri ilə müttəfiq və strateji tərəfdaş olub. Azərbaycanda 300-dən çox rusdilli məktəblər fəaliyyət göstərir. Azərbaycan hər zaman strateji müttəfiqlik münasibətlərinə sadiq olub. Hesab edirəm ki, bu cür məsələlərin son günlər ortaya atılması vətəndaşlarımızın narazılığına səbəb olub”.

Komitə sədri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksələn xətlə inkişaf edir:
“Azərbaycan təkcə Rusiya deyil, İran, Türkiyə və digər dövlətlərlə də yaxşı münasibətlər qurub. Rusiya Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına görə də Azərbaycan Prezidentinə təşəkkür edib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri sarsılmazdır. İmkan verməmliyik ki, bizim münasibətlərə xələl gətirmək istəyən qüvvələr öz istəklərinə nail olsun”.

Milli Məclisin deputatları - Zahid Oruc, Elmira Axundova və Mixail Zabelin də Siyavuş Novruzovun fikirlərini dəstəklədiklərini bildiriblər.

Hazırda iclas çıxışlarla davam edir.

Nemət


Müəllif:

Oxşar xəbərlər