Milli Şura bu gün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirib.
Teleqraf.com xəbər verir ki,, aksiyaya Milli Şura üzvləri və bir neçə partiyanın nümayəndələri qatılıb. Bu dəfə də aksiyaya qatılanların sayı çox az olub.
Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb. Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Milli Şuranın sədri Cəmil Həsənli, şuranın üzvü Gültəkin Hacıbəyli çıxış ediblər.
Qeyd edək ki, Müsavat, KXCP, AMİP, ALP, ADP, Ümid və digər partiyalar mitinqə qatılmayacaqlarını öncədən bəyan ediblər.