8 Aprel 2017 17:25
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi aprelin 8-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən Teleqraf.com-a bildiriblər ki, aprelin 8-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


Müəllif:

Oxşar xəbərlər