Seçki qutuları Türkiyəyə göndərildi
Xəbər verdiyimiz kimi, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendumla əlaqədar səs veriblər.
Teleqraf.com xəbər verir ki, seçki qutuları bu gün bülletenlərin sayılması üçün Türkiyəyə göndəriləcək.
Qeyd edək ki, Azərbaycanda 6 mindən çox türkiyəli seçici qeydiyyata alınıb. Onlardan 5831 nəfəri Bakı, 213 nəfəri Gəncə, 234-ü isə Naxçıvanda qeydiyyatdan keçib. Bakıdakı seçki məntəqəsində beş, Gəncə və Naxçıvanda isə bir seçki qutusu qoyulub.
Xatırladaq ki, Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək.
Nərgiz