10 Aprel 2017 14:10
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley jurnalistlərə açıqlamasında Suriyada yaşanan böhranın həllindən və İranın bu ölkədəki fəaliyyətindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, böhranının həllinə maneə olan 3 səbəbi açıqlayıb.

Halleyin fikrincə, Suriyada Bəşər Əsəd hakimiyyətdə olduqca münaqişənin siyasi həlli mümkün deyil:

“Suriya böhranı ilə əlaqədar bir neçə prioritet məsələnin həllindən söhbət gedir. Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq bizim yeganə prioritetimiz deyil. Bizim reallaşdırmağa çalışdığımız ən mühüm məsələlərdən biri İŞİD-i məhv etməkdir.


Hesab edirik ki, Bəşər Əsəd olan yerdə Suriyada sabitliyi bərqərar etmək mümkün deyil. Bundan başqa, İranın Suriyadakı nüfuzuna da son qoymaq lazımdır. Məhz bunları gerçəkləşdirdikdən sonra Suriya böhranını aradan qaldırmaq üçün siyasi həll yolunu axtarıb tapmaq mümkün olacaq”.

Samir


Müəllif:

Oxşar xəbərlər