AXCP sədrinin müavini Gözəl Bayramlı Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının saxta partiya sənədi düzəldərək azərbaycanlıların Avropaya mühacirət etməsinə şərait yaratdığına dair iddia irəli sürüb.
Teleqraf.com-un məlumatına görə, Gözəl Bayramlı sosial şəbəkələrdə Türkel adlı cəbhəçiyə istinad edərək Almaniyaya mühacirət etmiş azərbaycanlının bu faktın üstünü açdığını qeyd edib. İddiaya görə, Ramin Hacılı həmin şəxsə 3 min manata AXCP-yə məxsus partiya bileti və naməlum şəxslər tərəfindən döyülməyi ilə bağlı sənəd verib.
Türkel Azərtürk adlı feysbuk istifadəçisi Almaniyaya mühacirət etmiş azərbaycanlıya məxsus saxta sənədin də fotosunu paylaşıb.
Kəmalə