12 Aprel 2017 18:57
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Xorvatiya baş nazirinin müavini, xarici və Avropa işləri üzrə naziri Davor İvo Stier ilə görüşüb.

D.İ.Stier xüsusilə enerji sektorunda əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. D.İ.Stier həmçinin mədəniyyətlərarası dialoqun genişləndirilməsində Azərbaycanın rolunu xüsusi qiymətləndirib.

E.Məmmədyarov enerji sahəsində əməkdaşlığa toxunaraq, TAP layihəsi barədə yeniliklərlə D.İ.Stieri məlumatlandırıb. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirən E.Məmmədyarov bu xüsusda dəniz gəmiçiliyi, gəmiqayırma, eləcə də dərman istehsalı sahəsində əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb.

Bu il mayın 4-6-da Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunda Xorvatiyadan olan nümayəndələrin iştirakına ümidvar olduğunu bildirib.

E.Məmmədyarov Xorvatiya hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkür edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər