Vaşinqton Bəşər Əsəd tərəfindən yolverilməz hərəkətlərin qarşısının alınmasında Bakının dəstəyinə ümid edir.
Bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Amerika səfiri Əsədin öz xalqına qarşı hərəkətlərini yolverilməz adlandırıb:
"ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriya ilə bağlı bəyanatları və prezident Trampın atdığı addımlar var. Əlavə şərhlərə ehtiyac yoxdur".
/Report/