Azərbaycan Liberal Demokrat Partiyasının V Qurultayında Fuad Əliyev yenidən partiyanın sədri seçilib.
Bu haqda Teleqraf.com-a ALDP-dən bildirilib.
Qeyd edək ki, adı çəkilən partiya aprelin 12-də öz qurultayını keçirib.
Qurultayda partiyanın 65 rayon təşkilatı tərəfindən seçilən 110 nümayəndədən 83 nümayəndə iştrak edib.
Fuad Əliyevin namizədliyinin leyhinə 83 nəfər səs verib. Beləliklə, Fuad Ağasi oğlu Əliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri seçilib.
Daha sonar Fuad Əliyevin partiyanın növbəti president seçkilərində prezidentliyə namizədi olması qərara alınıb.
Fuad Əliyev isə qurultaya bu məsələ ilə bağlı yekün qərar vermək üçün Rəyasət Heyətinə səlahiyyət verilməsini təklif edib. Səsvermə nəticəsində təklif qəbul olunub.
Qeyd edək ki, ALDP-nin qurultayında ADP sədri Sərdar Cəlaloğlu, BAP sədri Elşad Musayev, Azadlıq partiyasının sədri Əhməd Oruc, Ağ Partiyanın sədri Tural Abbaslı, ADR hərəkatının sədr müavini Ellada Məmmədli qonaq qismində iştirak edib.
Cavad