15 Aprel 2017 12:37
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası əlamətdar və yaddaqalan bir iclas oldu. Bu iclasda növbəti dəfə verilən mesajlar, səsləndirilən fikirlər və çağırışlar, irəli sürülən təkliflər üstünlük təşkil etdi”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, ölkə başçısının iclasdakı çıxışında vurğulandığı kimi, həqiqətən ilin birinci rübünün nəticələri göstərdi ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır:

“Prezident çox haqlı olaraq bəyan etdi ki, ötən müddətdə çox ciddi sosial təşəbbüslər irəli sürülüb, ordu quruculuğu uğurla gedir və biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaq.

Dünyada 10 ilə yaxın bir müddət ərzində davam edən maliyyə-iqtisadi böhran, iqtisadi-siyasi-hərbi kataklizmlər fonunda Azərbaycanda siyasi, eləcə də makroiqtisadi sabitliyin qorunub saxlanılması, “qaynayan” dünyada və yerləşdiyimiz bölgədə sabitlik, təhlükəsizlik adasına çevrilməsi deyilənləri əyani şəkildə sübut edir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər