15 Aprel 2017 14:54
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın uğurlu xarici siyasət kursu ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun artmasını təmin edib”.

Teleqraf.com-un məlumtına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, 2017-ci ilin birinci rübündə də Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində ardıcıl, məqsədyönlü iş aparılıb.

Onun sözlərinə görə, bu müddətdə 7 dövlət başçısının Azərbaycana səfəri, eləcə də Prezident İlham Əliyevin rəsmi səfərləri bu baxımdan xüsusi qeyd edilməlidir: “Azərbaycanın ötən müddət ərzində beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da ölkəmizin nüfuzunun artmasında ifadə olunub. Təsadüfi deyil ki, ölkəmizin fəal, düşünülmüş xarici siyasəti beynəlxalq miqyasda çox yüksək qiymətləndirilir. Azərbaycanla əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfə kimi dəyərləndirilir.

İlin birinci rübündə baş tutan Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı və V Qlobal Bakı Forumunda səsləndirilən fikirlər, ifadə edilən mövqelər bunu bir daha təsdiqləyir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər