14 İyul 2014 13:54
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türkməneli Kültür Mərkəzinin rəhbəri Dr.Mustafa Ziya ilə İraq türkmənlərinin vəziyyətindən danışıb.

Alınan məlumata görə, Qənirə Paşayeva qeyd edib ki, “...İraq, özəlliklə, İraqlı soydşalarımız, bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmənlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmənlərin vəziyyətinin daha da gərginləşməsi bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkmən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik".
İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır.
/qafqainfo/

Müəllif: