17 Aprel 2017 22:18
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbək sərhədçilər tacik çobanlardan birini öldürüb, digərini yaraladılar

Özbəkistan sərhədçiləri Tacikistandan sərhədi keçmək istəyən çobanlara atəş açıblar: çobanlardan biri həlak olub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi Şulum yaşayış məntəqəsində çobanların güllələndiyinə dair məlumat yayıb.

Həlak olmuş çobanın Asliddin Şoimov olduğu bildirilir. Məlumata görə onun qardaşı da ağır yaralanıb.

"Atəş açandan sonra özbək sərhədçilər Şoimovun cəsədini Özbəkistana aparıblar", Tacikistan sərhədçilərinin rəsmi bəyanatında deyilir.

Bununla bağlı olaraq Tacikistan hökuməti Özbəksitan sərhədçilərini dövlət sərhədlərinə silahlı müdaxilədə günahlandırıblar.

Özbəksitan rəsmilərinin bildirdiyinə görə isə çobanlar sərhəd keşikçilərini təhqir ediblər və onlardan biri bıçaq çıxarıb.

"Onlar senzuradan kənar sözlər işlədiblər, sərhədçiləri təhrik ediblər", Özbəksitan sərhədçiləri bildirib.

Hər iki ölkə arasında münasibətlər siyasi səbəblərdən 1993-cü ildən bəri korlanıb.


Müəllif:

Oxşar xəbərlər