Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov Teleqraf.com-a açıqlama verib.
O bildirib ki, hazırda araşdırma aparılır: “Həmin məktəbdəki hadisə ilə bağlı komissiya yaradılıb. Hazırda araşdırmalar gedir. Nəticəsi barədə məlumat veriləcək”.
Hadisəyə münasibət bildirən təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə, hər hansı müəllimin, rəhbər kadırın öz tabeliyində olan şəxsi döyməyə haqqı yoxdur: “Ümumilikdə kiminsə kimisə döyməsi düzgün sayıla bilməz. Məktəbdə isə müəllimin şagirdi döyməsi qadağandır.
Pedaqogikada cəzalandırmanın növləri var. Şagirdin etdiyi qüsura görə əvvəlcə danlamaq, töhmət, şiddətli töhmət, daha sonralar isə sinifdən digərinə keçirmək olar. Lazım gələrsə, valideyini çağırıb, məlumatlandıraraq, söhbət aparmaq gərəkdir. Valideyin uşağı başa salmalıdır. Şagirdin tərbiyələndirilməsi kompleks yanaşma tələb edir.
Müəllimin bu hərəkətinə gəldikdə, onu məktəb rəhbərliyi aydınlaşdırmalıdır ki, hadisə necə olub, hansı səviyyədədir. Ondan sonra qərar verilə bilər ki, müəllimə şifahi və ya şiddətli töhmət verilsin".
Şəfiqə