18 Aprel 2017 15:11
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Türkiyənin Tunceli bölgəsində helikopter qəzaya uğrayıb.

Qəza ilə bağlı yeni məlumatlar yayımlanıb. Bildirilib ki, hadisə zamanı helikopterdə 2 hakim, 7 polis və 3 ekipaj üzvü olub.

Helikopter havaya qalxdıqdan bir müddət sonra ekipaj üzvləri ilə əlaqə kəsilib. Hadisə baş verən vaxtı bölgədə qatı duman və yağıntı olub.

İnsident zamanı qəzaya uğrayan "Sikorsky S-70 Blackhawk" tipli polis helikopteri olub. Hadisə zamanı Pülümür və Ovacık rayonları arasında yerə çırpıldığı bildirilib. Olaya əlverişsiz hava şəraitinin səbəb olduğu deyilir.

***

Saat 14:50

Türkiyənin Tunceli bölgəsində helikopter qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı helikopterdə 2 hakim, 7 polis və 3 ekipaj üzvü olub.

Qəzanın səbəbləri və polislərin aqibəti məlum deyil.

Samir


Müəllif:

Oxşar xəbərlər