"Report" xəbər verir ki, hadisə Səbayel rayonunda, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.
Belə ki, həmin ərazidəki mənzillərdən birində 1939-cu il təvəllüdlü Eynullayeva Solmaz Qüdrət qızının çürümüş meyiti aşkarlanıb. Qeyd edək ki, S.Eynullayevanın əqli çatışmazlığı olan oğlu anasının öldüyünü anlamayıb. Bu səbəbdən də o, ahıl qadını yatmış hesab edərək anasının üzünü sellofanla örtüb və bir neçə gün onunla eyni mənzildə qalıb.
S.Eynullayevanın oğlu yalnız bir neçə gün sonra, qadının meyiti çürüməyə başladıqda təcili yardıma müraciət edib. Mənzilə gələn tibb işçiləri 78 yaşlı qadının çürümüş cəsədini aşkar ediblər.