Teleqraf.com xəbər verir ki, hadisə rayonun Z.Kərimov küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1999-cü il təvəllüdlü Elvin Xaliqzadə həmin ünvanda naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Vaxtında tibbi yardın göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan Elvin Xaliqzadənin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin ehtimala görə, Elvin Xaliqzadə qız üstündə bıçaqlanıb.
Onu bıçaqlayan şəxsin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov